Accessibility links

İraq Araşdırma Qrupu nə təklif edir?


İraq Araşdırma Qrupunun çoxdan gözlənilən hesabatı bildirir ki, İraq ordusunun təlimi ABŞ hərbi qüvvələrinin əsas işi olmalıdır. Hesabatda qoşunların əsas hissəsinin 2008-ci ilin əvvəlində vətənə qaytarılması təklif olunur.

Qrupun hazırladığı hesabat aydın və konkret səslənən mesaj verir: İraqda vəziyyət pisdir və bundan sonra daha da pisləşəcək.

İraq Arşdırma Qrupunun 9 ay üzərində çalışdığı hesabat Birləşmiş Ştatların siyasətində əsaslı dəyişiklərin aparılmasına çağırır. Hesabatda bildirilir ki, hal hazırda İraqda artan zorakılığın qarşısını almaq məqsədi ilə hər hansı bir tədbirin uğurlu olacağına heç kəs zəmanət verə bilməz. Lakin eyni zamanda hesabatda İraq və Yaxın Şərqdə yeni inkişaf yolu üçün 79 təklif verilir.

Verilmiş təkliflər arasında Suriya və İranla danışıqların aparılmasını və İraq rəhbərliyinə təzyiqi qücləndirməni ehtiva edən diplomatik plan barədə çağırış da var.

Araşdırma Qrupu bildirir ki, Birləşmiş Ştatlar qüvvələrinin İraqdakı əsas vəzifəsi İraq ordusuna yardım olmalıdır. Hesabatda amerikalı hərbi təlimatçıların sayının 4 min nəfərdən 20 min nəfərə çatdırılmasının vacibliyi qeyd edilir. Əlavə olaraq hesabatda, İraq qüvvələrinin daha keyfiyyəytli təchizata ehtiyacı olduğu bildirilir. Lakin eyni zamanda ölkədə hər hansı fövqəladə hadisə baş verməzsə, döyüşçü qüvvələrin 2008-ci ilin əvvəlinədək İraqdan çıxarılması da təklif olunur.

Prezident Buş deyib ki, təkliflərin hər birisi nəzərdən keçirilicək. Lakin eyni zamanda o bildirib ki, onun fikrinə qörə araşdırma qrupu administarsiyaya verdiyi təkliflərin hamısının qəbul ediləcəyini nəzərdə tutmayıb.

Bu arada Buş administrasiyası İraq siyasəti üzrə apardığı öz araşdırmasını bitirmək üzrədir. Arşdırmada Dövlət departamenti, Milli Təhlükəsizlik Şurası, Müdafiə Nazirliyi və digər agentliklər iştirak edirlər. Prezidentin milli təhlükəsilik məsələləri üzrə müşaviri Stiven Hadley deyib ki, İraq üzrə yeni siyasətin hazırlanması bir neçə həftə ərzində tamamlanacaq.

Araşdırma Qrupunun tərkibində demokrat və respublikaçı partiyaların hər birinin 5 nümayəndəsi var və onların hamısı hazırlanmış təklifləri dəstəkləyirlər. Bu ilin mart ayında yaradılmış Qrupa sabiq Dövlət katibi Ceyms Beyker və sabiq kongresmen Li Hamilton rəhbərlik edirlər.

Xatırladaq ki, 2003-cü ildə İraqda başlamış müharibədə 2 min nəfərdən artıq amerikalı əsqər həlak olub. Bu müddət ərzində Birləşmiş Ştatlar müharibə üçün təxminən 400 trilyon dollar vəsait xərcləyib və ümumilikdə İraq müharibəsində gözlənilən bütün xərclərin həcmi 2 min trilyon dollar məbləğində olması ehtimal edilir.

XS
SM
MD
LG