Accessibility links

Redaktor məqaləsi: İnsan hüquqları günü


Bu məqalə Birləşmiş Ştatlar hökumətinin mövqeyini əks etdirir:

Amerikalılar Beynəlxalq İnsan hüquqları günündə də dünyada fundamental azadlıqların qorunması məsələsini diqqətdə saxlayır. Bu azadlıqlara söz, toplaşma, din azadlığı və hamının qanun qarşısında bərabər hüquqlara malik olması da daxildir.

Tarix boyu Birləşmiş Şatatlar başqa ölkələrdə də insan hüquqlarına riayət etməyə çalışır.

Prezident Buş deyir: "Biz dissidentləri və sürgün olunanları dəstəkləyirik. Biz zülmkar rejimlərə və tiranlığa qarşı mübarizə aparırıq."

Bu gün dünyanın bir çox ölkəsinin xalqları insan hüquqlarından istifadə edə bilmirlər. Belarusda demokratiya tərəfdarlarını döyürlər və müxalifətin liderlərini həbs edir, hətta öldürürlər.

İranda Azəri türklər daxil olmaqla azlıqda olan xalqlara öz ana dilində təhsil almaları və mədəni ənənələrinin öyrənilməsi qadağan edilib. İran hökuməti insan hüquqlarının fəallarını çox zaman döyür , ya da həbs edir.

Birmada hərbi xunta siyasi müxalifətin və fərqli düşüncənin bütün növlərinə amansız təzyiq göstərir. 1100-ə yaxın adam dinc yolla öz siyasi baxışını bildirdiyinə görə, həbsdədir. Milli demokratiya liqasının lideri Aung San Su Kyi indi də ev dustağıdır.

Hazırkı anda Kubada demokratik dəyişikliklərin edilməsi üçün imkan yaranıb.

Prezident Buş Kuba xalqını demokratik dəyişikliklərə çağıraraq deyib: “Tarix göstərdi ki, Polşadan Cənubi Afrikaya qədər təmkin, cəsarət və qətiyyət gec-tez zülmkar hökumətləri qorxmağa və dağılmağa vadar edə bilər.”

Birləşmiş Ştatlar xalqların azad olmaları üçün demokratiyanın dəstəkləmək tədbirlərini genişləndirib. Bu məqsədlə Demokratiya üçün milli fondun vəsaiti artırılıb. Bu vəsait azad seçkilərin keçirilməsinə, açıq bazar sisteminin təşkilinə və insan hüquqlarının müdafiəsinə sərf olunur.

Prezident Buş deyir: “Azadlıq və ləyaqət dünyada yaşayan hər bir fərd üçün Allahın bəxş etdiyi nemətləridir."

Beynəlxalq insan hüquqları gününü qeyd etməklə Birləşmiş Ştatlar bütün ölkələri azadlıq, sülh, təhlükəsizlik istiqamətində işi davam etdirməyə təşviq edir. Buna isə yalnız demokratiya, insan hüquqlarına hörmət və qanun aliliyilə nail olmaq olar.

Bu məqalə Birləşmiş Ştatlar hökumətinin mövqeyini əks etdirirdi.

XS
SM
MD
LG