Accessibility links

Talabani İraq Araşdırma Qrupunun tövsiyyələrini tənqid edib


" hspace=2 src="/azerbaijani/images/AP_Jalal_Talabani_Iraq_10dec06.jpg" width=210 align=left vspace=2 border=0>Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin bildirdiyinə görə, yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində üç Amerika əsgəri həlak olub, iki əsgər yaralanıb. Bu gün Bağdadda iki bomba partlayışı nəticəsində bir polis işçisi də daxil edilməklə, azı iki nəfər həlak olub.

Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələri dünən səhər Bağdadda yol kənarına yerləşdirilmiş bomba partlayışının bir Amerika əsgərinin ölümünə səbəb olduğunu bildirib.

Digər bir xəbərdə isə deyilir ki, İraq prezidenti Cəlal Talabani Amerika Birləşmiş Ştatlarının hər iki partiyasının üzvlərindən təşkil edilmiş İraq Araşdırma Qrupunun ABŞ-ın İraq strategiyası ilə bağlı tövsiyyələrini tənqid etmişdir. İraq kürdü olan cənab Talabani əlavə edib ki, hesabat ədalətdən uzaqdır, belə ki, sənəddə irəli sürülən tövsiyyələr İraqın suverenliyi və konstitusiyasına təhlükədir. O, sabiq hakim, Bəs partiyasının barışıq səylərində iştirakını rədd etmişdir. Qeyd edək ki, İraq Araşdırma Qrupunun tövsiyyələri İraqın sünnü ərəb siyasətçiləri tərəfindən alqışlanmışdır.

Cənab Talabani eləcə də, İraq hərbiçilərinin təlimlərinin sürətləndirilməsi məqsədi ilə minlərlə əlavə Amerika əsgərinin İraqa yerləşdirilməsi təklifini də tənqid edib.

XS
SM
MD
LG