Accessibility links

Aleksandr Kozulin aclıq aksiyasını dayandırırb


Belarusun həbsdə olan müxalifət lideri Aleksandr Kozulin 53 günlük aclıq tətilini dayandırıb. Belarusun Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, Kozulun aclıq aksiyasına son qoyduğuna dair yazılı bəyanatını həbsxana rəsmilərinə təqdim edib və artıq maye yeməklər qəbul edir. Belarusun digər bir müxalif lideri Aleksandr Milinkeviç Avropa İttifaqının insan hüquqları üzrə Saxarov mükafatına layiq görülüb. Fransanın Strasburq şəhərində Avropa Parlamentinin qanunvericiləri qarşısında çıxış edən Milinkoviç ittifaqın Belarus rəsmilərinə tətbiq etdiyi səyahət qadağalarının effektivliyini qeyd edib və adi vətəndaşlara qarşı sanksiyaların artırılmamasını xahiş edib. Xatırladaq ki, həm Kozulin, həm də Milinkoviç prezident seçkilərində Lukaşenkonun rəqibi olub.

XS
SM
MD
LG