Accessibility links

Bağdadda partlayışlar


Bağdadın izdihamlı mərkəzi meydanında maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində təxminən 70 nəfər öldürülüb və 230 nəfər yaralanıb. Qurbanların əksəriyyəti muzdlu fəhlələr olub. Partlayış səhər saat 7-də tikinti və təmizləmə sahəsində gündəlik iş axtaran fəhlələrin toplaşdığı Təyaran meydanında baş verib. Onların çoxunun Bağdadın yoxsullar yaşayan ərazilərinin sakinləri olduğu bildirilir.

Şahidlərin dediyinə qörə, maşının sürücüsü bu insanlara iş verəcəyi vədi ilə ətrafına toplamışdı. Onlar maşınına yaxınlaşdıqda bomba işə salınmışdı. Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, birinci bomba partlayışından 30 dəqiqə sonra meydanda polis və təcili yardım xidməti işçilərini hədəf alan diqər partlayış baş vermişdir. Əlavə tələfatlar barədə məlumat verilməyib.

İraqın baş naziri Nuri Əl-Maliki partlayışı “dəhşştli qırğın” adlandıraraq deyib ki, terrorçular təriqətlərarası zorakılıq və qətllər vasitəsi ilə ölkədə xaos yaratmağa çalışırlar.

XS
SM
MD
LG