Accessibility links

Dünya liderləri İranda holokost konfransını pisləyir


Dünya liderləri İran hökumətinin dəstəyi ilə keçirilən yəhudilərə qarşı ikinci dünya müharibəsi zamanı baş vermiş holokosta həsr olunmuş konfrans əleyhinə çıxışlar edib.

Holokostu “yenidən nəzərdən keçirən” və inkar edənləri bir araya toplamış Tehran konfransı ikinci sonuncu gününü başa vurdu. Vaşinqtonda Ağ evin sözçüsü konfransı sivil dünyaya və İranın dözümlülük ənənələrinə qarşı çıxmaq cəhdi kimi qiymətləndirib.

Vatikan Holokostun heç kimin biganə qala bilməyəcəyi faciə adlandırıb. Britaniyanın baş naziri Toni Bleyr konfransın inanılmaz və şok edici olduğunu deyib.

Avropa Birliyinin baş ədliyyə rəsmisi Frankio Frattini Holokostu inkar etmək və adiləşdirmək cəhdi adlandırdığı bu tədbiri pisləyib.

Konfrans iştirakçıları nasist Almaniyasının ikinci dünya müharibəsi zamanı 6 milyon yəhudini məhv etdiyini sual altına qoyan tarixçilərdir.

İran prezidenti Mahmud Əhmədinejad yəhudi soyqırımının mif olduğunu qeyd edərək, İsrailin yer üzündən silinməsinin vacibliyini vurğulayıb.

XS
SM
MD
LG