Accessibility links

Çilililər Pinoçetlə vidalaşıb


Bu gün Santyaqoda keçirilən hərbi dəfn mərasimində ailəsi, dostları və ordu rəsmiləri Çilinin keçmiş diktatoru Auqusto Pinoçetlə vidalaşıblar. Minlərlə çilili keçmiş liderin bir gün öncədən Hərbi məktəbdə yetrləşdirilmiş cənazəsi ilə vidalaşıb.

91 yaşlı Pinoçet ürək tutmasından 1 həftə əziyyət çəkdikdən sonra dünyasını dəyişib.

Ailəsi pinoçet rejimi zamanı təqiblərə məruz qalan hazırkı president Mişel Bakele Pinoşetin dəfn mərasiminin dövlət səviyyəsində keçirilməsinə fərman verməyib. Tədbirdə dövləti təmsil edən müdafiə naziri Vivian Blanlo yas mərasiminə gələnlər tərəfindən tənqidi şüarlarla qarşılanıb.

Auqusto Pinoçetin səhhətinin ağırlaşması onun 1973-1990-cı illər ərzindəki diktatorluğu zamanı 3 mindən artıq adamın ölümü ilə bağlı məhkəmə prosesində iştirakdan azad etmişdi.

XS
SM
MD
LG