Accessibility links

ABŞ prezidenti bu həftəni İraq siyasəti barədə danışıqlara həsr edib


Prezident Buş bu gün Birləşmiş Ştatların İraq siyasətini müzakirə etmək üçün müdafiə nazirliyinin yüksək vəzifəli rəsmuiləri ilə görüşmək üçün Pentaqona gedib. Prezident Buş bu həftəni administrasiyanın rəsmiləri və ekspertlərlə İraq siyasəti barədə danışıqlara həsr etmişdir. Dünən o, Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin komandirləri ilə video vasitəsi ilə konfrans keçirmiş, İraqın sünni vitse prezidenti Tariq Əl Haşimi ilə Ağ evdə görüşmüşdür.

Nevv York Times qəzetinin yazdığına görə, İraq rəsmiləri Bağdadın təhlükəsizliyinə görə məsuliyyətin öz qüvvələrinin üzərinə götürülməsi ilə bağlı plan təqdim ediblər. Birləşmiş Ştatların hərbi qüvvələri isə şəhərdən ətraflarında yerləşdiriləcək.

Ağ Ev bildirib ki, cənab Buş İraq siyasətinə dair planını ancaq 2007-ci ilin əvvəlində açıqlayacaq. Bundan əvvəl prezidentin bunu Milad bayramından əvvəl edəcəyi gözlənilirdi. Ağ Evin sözçüsü Toni Snou lazımi məlumatları əldə etmək üçün prezidentə daha çox vaxt lazım olduğunu bildirib.

Senatda əksəriyyətin lideri Harri Reyd tərəfindən bu qərar tənqid edilmişdir. Nevada ştatından olan demokrat demişdir ki, prezident dəyişikliklərin İraq və Birləşmiş Ştatlar hçərbiçiləri üçün nə qədər vacib və təcili olduğunu başa düşməlidir.

XS
SM
MD
LG