Accessibility links

Senatorun xəstəliyi demokartların nəzarəti itirmələrinə səbəb ola bilər


Cənubi Dakota ştatından senator Tim Conson ifliç simptomları ilə xəstəxanaya aparılaraq cərrahiyyə əməliyyatı edilib. Kapitolidə təşkil edilən tele-konfransda iştirak edən senatorun vəziyyəti birdən-birə dəyişmiş, sualı cavablandırarkən kəkələməyə başlamışdı.

Şəxsi narahatlqılardan əlavə problem Senatda demokartların nəzarətini itirmələrinə səbəb ola bilər. Belə ki, onlar Respublikaçılardan cüzi fərqlə irəlidədir.

Senator Conson vəzifəsini tərk etməli olsa, onun yerinə Cənubi Dakota qurbarnatoru tərəfindən nüamyəndə təyin ediləcək. Qubernatorun respublikaçı olması Senata daha bir respublikaçının əlavə edilməsi demək olacaq. Bu isə 50-50 nüamyəndə ilə tarazlığı təmin edicək.

XS
SM
MD
LG