Accessibility links

ABŞ Dövlət  Katibi  İran və  Suriya ilə  danışıqlar  keçirilməsi ideyasını  rədd edib


ABŞ Dövlət Katibi Kandalisa Rays İraqda zorakılıqların azaldılması üçün İran və Suriya ilə danışıqlar keçirilməsi ideyasını rədd edib.

Xanım Rays Vaşington Post qəzetinə bildirib ki, o İraq araşdırma qrupunun bu iki ölkəylə həmin məsələ barədə danışıqlar keçirilməsi tövsiyyəsinin əleyhinədir. Kandalisa Rays söyləyib ki, o Suriyanın Livana müdaxiləsinə və İranın İraqa sülh gətirmək xatirinə nüvə silahları əldə etməsinə imkan verməyəcək.

ABŞ Dövlət katibi deyib ki, bu ölkələr İraqda sabitliyə nail olunmasıyla maraqlanırlarsa onda bu barədə özləri fəaliyyət göstərə bilər. Prezident Buş yeni İraq strategiyasını Yanvar ayının əvvəllərində açıqlayacaq. Bu arada Suriyanın prezidenti Bəşar Əl Əsəd deyib ki, o Birləşmiş Ştatlarla danışıqlar keçirməyə tərəfdardır. O İtaliyanın La Ripablika qəzetinə müsahibəsində deyib ki, Vaşington Yaxın Şərqda sabitlik üçün Suriya və İranla müzakirələr keçirməlidir.

XS
SM
MD
LG