Accessibility links

Vaşinqton baleti yeni mövsümünə başlayıb


Birləşmiş Ştatların ən gözəl balet truppalarından sayılan Vaşinqton baleti bu yaxınlarda yeni mövsümünü açdı. 1976-cı ildə yaranan truppa həm ölkə daxilində, həm də xaricdə uğurla çıxış etməkdən əlavə, ABŞ-da ən məşhur rəqs məktəblərindən birini idarə edir.

Vaşinqton Baleti yeni mövsümə çöox iddialı başladı – Cerom Robbinsin səhnələşdirdiyi Noktürn üslublu "Gecə" romansı ilə. Bu rəqs Şopen musiqisinin sədaları altında üç cütlüyün münasibətlərini açıqlayır.

İlk konsertin digər nömrəsi isə Filip Qləsin musiqisi üzərində dünyaca məşhur xoreoqraf Tvila Tarpın səhnələşdirdiyi enerjili "Yuxarı otaqda" rəqsi idi.

Bu iki məşhur ifanın arasında isə Vaşinqton Baletinin yaradıcı direktoru Septim Veberin “ui non” quruluşu ifa olundu. Veber deyir ki, bu eklektik nömrənin məqsədi real həyata baxışdır:

“Məncə, bütün proqram tamaşaçılar üçün bir səyahət mahiyyəti daşçıyır. Biz mürəkkəb dünyada yaşayırıq və mən repertuarımızın bunu əks etdirməsini istəyirəm. Məncə bu axşam biz Şopendən Filip Qləsin müasir dünyasına keçib oradan bu möhtəşəm Fransız kabaresinə səyahət etmişik. Lap həyatın özü kimi – müxtəlif hadisələri yaşayırsan, təcrübələrinin cəmi isə səninlə bu gün qalanlardır.”

Veberin “ui non”u barədə müxtəlif rəylər verildi, amma kabare ulduzu Karen Akersin canlı ifası iddialı orijinallığına görə müsbət qarşılanıb:

“Mən uzun illər onun heyranı olmuşam. O, musiqi dünyasında əsas simalardan biridir. Məncə onun interpretasiyası çox emosional, ağıllı və yaxındır. Xüsusilə də fransız məzmunu. Mən yarı kubalı, yarı fransızam və Fransada köklərim var, orada çox gözəl vaxtlar keçirmişəm. Bu musiqi məndə nostalji oyadır. Bu çox gözəl hisslər idi”.

Vaşinqton Baletinin Birləşmiş Ştatların paytaxtında başlayan mövsümü May ayına qədər davam edəcək.

Reportaja Amerika icmalı proqramında baxın

XS
SM
MD
LG