Accessibility links

Respublikaçı senator C.Makkeyn Əfqanıstanda olub


Amerikanın respublikaçı senatoru Con Makkeyn Avropa ölkələrini Əfqanıstandakı döyüşlərin məsuliyyətini bölüşməyə çağırıb. O bildirib ki, ölkələr əsgərlərinin döyüş məhdudiyyətlərini yüngülləşdirməlidir. Kabildə yerləşən ABŞ hərbi bazasında çıxış edən senator Makkeyn müxbirlərə deyib ki, Avropa ölkələrinin şərtləri onların qüvvələrinin NATO ilə birgə fəaliyyətinə mane olur. Arizonalı senator Əfqanıstandan Pakistan yola düşməlidir. ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü Makkeyn İraqa daha artıq ABŞ qüvvələrinin yerləşdirilməsi və lazım olduqda Əfqanıstana da əlavə əsgəri qüvvənin göndərilməsinin tərəfdarıdır.

XS
SM
MD
LG