Accessibility links

Tariq əl Haşimi:İraqda təhlükəsizliyin təmini üçün əlavə Amerika əsgərləri lazımdır


İraqın Sünni vitse prezidenti Tariq əl Haşimi deyir ki, ölkəsində təhlükəsizliyin təminatı üçün mütləq əlavə Amerika əsgərləri lazımdır. Bu gün CNN-ə müsahibə verən Haşimi bildirib ki, İraq qüvvələri təhlükəszliyi təmin edə bilmirlər.

O, bu qüvvələri səriştəsiz, etibarsız, qeyri-peşəkar adlandıraraq orada militant qrupların təmsil olunduğunu bildirib. Haşimi Buş administrasiyasını İraq ordusunu buraxdığına görə tənqid edərək bunu müharibənin ən böyük səhvi adlandırıb. Başqa müsahibədə Senatın gələcək Çoxluq Lideri Harry Reyd İraqda Amerika əsgərlərinin qısa müddətə artmasına tərəfədar çıxa bilməyəcəyini söyəyib.

Reyd ABC telekanalına bildirib ki, sonda münaqişə siyasi yolla həll olunmalıdır və Amerika xalqı müharibənin bu cür davam etməsinə imkan verməyəcək. İraq qoşunlarının səviyyəsini artırmağı tövsiyə edən, Prezident Buşa məsləhət verən, Pensiyaya çıxmış General Cək Kean İraqda təhlükəsizliyi təmin etmək üçün azı 1 il yarım vaxt tələb olunduğunu söyləyib.

XS
SM
MD
LG