Accessibility links

Fələstin prezidenti Britaniyanın baş naziri ilə görüşüb


Fətah və Həmas qrupları aralarındakı qarşıdurmanı dayandırmaq məqsədi ilə atəşkəs razılığı əldə etdikdən bir neçə saat keçməsinə baxmayaraq, Qəzza Zolağında ara-sıra zorakılıqlar baş verib. Amerikanın Səsinin müxbiri Cim Tepl bildirir ki, Britanbiyanın baş naziri Toni Bleir Fələstin prezidenti Mahmud Abbasla görüşündən əvvəl bir neçə İsrail lideri ilə danışıqlar keçirmişdir.

Qəzza Zolağında qarşıdurma dünən dayandırılsa da, bu gün səhər yenidən Həmas və Fətah yaraqlıları arasında toqquşma baş verib. Qarşıdurma Fələstin prezidenti Mahmud Abbasın şənbə günü yeni seçkilər çağırışından sonraya təsadüf edir. Qeyd edək ki, yanvar ayında keçirilən seçkilərdə qələbə əldə edən Həmas Mahmud Abbasın seçkilər çağırışına etirazını bildirib.

Prezident Abbas Həmasla Fətah arasında birlik hökumətinin yardaılmasına dair danışqıların başa çatdırıldığını demişdir. Lakin baş müzakirəçi Mərvan Barquti daha artıq vaxta ehtiyac oldğunu deyib.

Bu gün Britaniyanın baş naziri Toni Bleir Fələstin prezidenti Mahmud Abbas və bundan əvvəl Mahmud Abbasın yenidən seçkilər keçirilməsi çağırışını dəstəkləyən İsrailin baş naziri Ehud Almertlə görüşmüşdür. Cənab Abbs və Toni Bleyer görüşdən sonra Ramallahda birgə mətbuat konfransı keçirmişlər. Fələstin lideri demişdir ki, onun parlament və prezident seçkilərinin yenidən keçirilməsi fikrini heç nə dəyişə bilməz. Fələstin prezidentinin yeni seçkilər barədəki fikrini dəstəkləyən baş nazir Toni Bleir Fələstinə hər-hansısa yardıma köməyini əsirgəməyəcəyini bildirib.

XS
SM
MD
LG