Accessibility links

Qırğızıstan hökuməti Amerika əsgərlərinin toxunulmazlığı məsələsini nəzərdən keçirir


Qırğızıstan prezidenti Kurmanbek Bakiyev hökumətə ABŞ-ın ölkədə bazasının toxunulmazlığı məsələsini nəzərdən keçirməyi tapşırdığını deyib. Dövlət televiziyasınada çıxışı zamanı prezident Bakiyev deyib ki, ölkə rəsmiləri Amerika hərbi qüvvələrinin diplomatik statusunun aradan qaldırılmasına dair ABŞ hökumətilə razılığa düzəliş edilməsini nəzərdən keçirir. Xatırladırıq ki, dekabrın 6-ı Amerika əsgəri Manas hərbi hava bazasının yoxlama məntəqəsində bir qırğız vətəndaşını güllə il vurub öldürmüşdür. ABŞ rəsmiləri həmin şəxsin əsgəri bıçaqla hədələyini bildirmişlər. İnsident Qırğızıstan hökumətilə gərginliyin artmasına səbəb olmuşdur. Prezident Bakiyev bildirmişdir ki, cinayət törədən Amerika əsgərləri Qırğızıstan qanunları əsasında məhkum olmalıdır.
XS
SM
MD
LG