Accessibility links

Prezident Buş Hindisdanla nüvə sahəsində əməkdaşlığa imkan verən qanun layihəsini təstiq edib


Prezident Buş Hindisdanla nüvə sahəsində əməkdaşlığa imkan verən qanun layihəsini təstiq edib. Bununla ABŞ-la Hindisdan arasında mülki məqsədli nüvə proqramları sahəsində əməkdaşlığa yol açılır.

Hindisdanın nüvə silahlarının yayılmaması barədə müqaviləyi imzalamaqdan boyun qaçırtmasına və nüvə silahları inkişəf etdirməsinə görə bu ölkə ilə mülki nüvə proqramı üzrə əməkdaşlıq üç onillikdən bəri dayamışdı. Amerika Atom Enerji Aktında dəyişikliyi nəzərdə tutan layihənin Prezident tərəfindən imzalanıb, qanunlaşması ilə ABŞ Hindisdana mülki məqsədlə nüvə yanacağı və texnoloqiyası ixrac edə biləcək. Prezident Buş deyib ki, ABŞ və Hindisdan təbii müttəfiqdirlər və yeni qanun global təhlükəsizliyi möhkəmləndirəcək, iqtisadi artıma kömək edəcək və fosil yanacaqlardan asılılığı azaldaraq zəhərli qazların yayılmasını azaldacaq.

XS
SM
MD
LG