Accessibility links

Pentaqon İraqda hücumların yüksək səviyyəyə çatdığını deyir


Birləşmiş Ştatlrın Müdafiə Nazirliyinin bildirdiyinə görə, son üç ayda İraqda üsyançılar və təriqətçilərin hücumları rekord səviyyəsinə yüksəlib. Dünən Pentaqonun açıqladığı hesabatda bildirilir ki, şiələrin lideri Moqtada Əl Sədrin Mehdi Ordusu mülki vətəndaşlara qarşı təlükə kimi Əl-Qaidəni belə ötüb-keçib. Hesabatda eləcə də bildirilir ki, İraq hökuməti milli birlik yaratmağa çalışsa da buna nail ola bilmir. İraq siyasətçiləri çox hallarda kompromisə getmək istəmir və gedə bilmir.

Bu gün isə İraqdan alınan xəbərdə silahlı şəxslər tərəfindən Bağdadın Karradah məhəlləsindəki bankdan yüz minlərlə dollar oğurlandığı deyilir. Birləşmiş Ştatlar hərbiçiləri bildirirlər ki, Ənbar vilayətində bir Hərbi Dəniz Donanması əsgəri dünən aldığı yaralardan dünyasını dəyişib.

Beynəlxalq Böhran Qrupu BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü, İraqın qonşuları və İraq qruplarının iştirakı ilə beynəlxalq konfrans keçirilməsinə çağırıb. Böhran Qrupu bildirib ki, İraq hölkuməti və İraqın təhlükəsizlik qüvvələri ölkədə zorakılıqların məsuliyyətini bölüşür.

XS
SM
MD
LG