Accessibility links

Fətahla Həmas arasında toqquşmalar davam edir


İki günlük atəşkəsə baxmayaraq, Qəzza Zolağında Fələstin qüvvələri arasında toqquşma baş verib. Fələstin prezidenti Mahmud Abbas çıxışında atəşkəsə, Fələstinin baş naziri İsmayıl Haniyə isə İsrailə qarşı mübarizəyə çağırıb.

Atışmalar Qəzza şəhərinin müxtəlif hissələrində, İslamçı militant Həmas qrupunun yaraqlıları ilə Fətah qrupu arasında xəstəxanada və əsasən Fələstin prezidenti Mahmud Abbasın nəzarətindəki təhlkəsizlik idarəsinin yerləşdiyi yerdə baş verir. Xəstəxana rəsmilərinin bildirdiyinə görə, atışmalar nəticəsində Həmasın bir polis işçisi və Fətahın iki təhlükəsizlik ışçisi daxil edilməklə artıq üç nəfər qətlə yetirilmiş, azı 5 uşaq daxil edilməklə, 18 nəfər də yaralanmışdır.

Atşmalar sənbə günü prezident Mahmud Abbasın yenidən seçkilər keçirilməsi çağırışından sonra başlayıb. Hal-hazırda Fələstin hökumətinə başçılıq edən Həmas isə seçkilərin keçirilməsinin əleyhinədir.

Rəsmilərin bildirdiyinə görə, İordaniya kralı Abdulla bu gün Fələstin prezidenti Mahmud Abbası və hakimiyyətdəki Həmas qrupununun liderlərini danışıqlara çağırıb. İsrailin baş naziri Ehud Olmertin də kral Abdullanın təşkil etdiyi danışıqlarda iştirak etmək üçün Ammana getdiyi bildirilir.

XS
SM
MD
LG