Accessibility links

Suriya prezidenti Birləşmiş Ştatlarla dialoqa hazır olduğunu deyir


Suriya prezidenti Bəşar Əsəd Dəməşqin Birləşmiş Ştatlarla dialoqa hazır olduğunu, lakin Vaşinqtondan “təlimat” qəbul etməyəcəyini deyib.

Suriya lideri bu bəyanatı bu gün Moskvada, Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra verib.

ABŞ-ın bitərəf ekspertlər şurası olan İraq Araşdırma Qrupu Birləşmiş Ştatlara Suriya və İranı İraqda stabilliyə yardım səylərinə cəlb etməyi tövsiyə edib. Ağ Ev hələ ki, bu təklifə soyuq münasibət göstərir.

Öz növbəsində Rusiya prezidenti Vladimir Putin Yaxın Şərqdə gərginliklə bağlı narahatlığını bildirərək, sülh prosesində daha fəal iştirakın vacibliyini qeyd edib. Putin və Bəşar Əsədin Fələstin əraziləri və İraqda vəziyyəti müzakirə edəcəyi gözlənilir.

XS
SM
MD
LG