Accessibility links

Əl-Haşimi:"BMT İraqda böhranın həllinə yardım edə bilər"


İraqın vitse-prezidenti Tariq Əl-Haşimi Amerika Birləşmiş Ştatlarının prezidenti Corc Buşun İraqdan qüvvələrin çıxarılması ilə bağlı Böyük Britaniyanın baş naziri Toni Bleyrin beynini doldurduğunu deyib. Nyu- Yorkda Xarici Əlaqələr Şurasında etdiyi çıxışı zamanı Əl-Haşimi deyib ki, Toni Bleyr İraq rəsmilərinə Amerika qüvvələrinin çıxarılmasına vaxt qoyulması ilə bağlı prezident Buşu razı salacağına söz vermişdi. İraqın sünnü ərəb azlığının siyasətçisi Əl-Haşimi BMT-nin baş katibi Kofi Annanla söhbəti zamanı böhranın həllində İraqın BMT-nin roluna ehtiyacı olduğunu deyib. O, BMT-nin İraq qüvvələrinin təlimlərində və barışıq səylərində mühüm rol oynaya biləcəyini bildirib. İraqın vitse-prezidenti BMT-nin İraqda təhlükəsizliyin təminat altına alınmasına da yardım edə biləcəyini deyib.

XS
SM
MD
LG