Accessibility links

Robert Geytsin İraq səfəri başa çatdı


ABŞ-ın yeni müdafiə naziri Robert Geytsin üçgünlük İraq səfəri başa çatır. Amerikaya qayıtdıqdan sonra o, İraqdakı mövcud durumla bağlı ABŞ prezidenti Corc Buşa hesabat verməlidir. Amerika Birləşmiş Ştatlarının İraqdakı hərbiçiləri və İraq liderləri ilə bir sıra görüşlər təşkil edən ABŞ müdafiə naziri Robert Geyts bir neçə gün ərzində prezident Buşa məlumat verəcəyini bildirib. Müdafiə naziri həmçinin deyib ki, İraq liderləri Bağdadda təriqətlərarası zorakılıqlara son qoyulmasına dair plan hazırlayıb. Lakin Robert Geyts planla bağlı təfərrüatları açılamayıb. ABŞ müdafiə naziri İran körfəzində Amerikanın dəniz qüvvələrinin sayının artırılacağını bildirib. O, bunun İranın əl ata biləcəyi hər hansısa addıma cavab deyil, Amerikanın regiondakı mövcudluğunun davam etməsi mahiyyəti daşıdığını deyib. Bağdadda müxbirlərlə söhbəti zamanı nazir bildirib ki, hərbi mövcudluq regionun bütün ölkələrinə mesaj deməkdir. O deyib ki, bizim dostlarımız və özlərini bizə düşmən hesab edənlər bilməlidir ki, Amerika İran körfəzində həmişə mövcud olub və bu mövcudluğunu davam etdrəcək. Bütün bunlarla yanaşı ABŞ ordusu bu gün Bağdadda bir Amerika əsgərinin öldürüldüyünü bildirib. Ənbar vilayətində isə 4 dəniz qüvvəsi əsgərinin qətlə yetirildiyi xəbər verilir.
XS
SM
MD
LG