Accessibility links

K.Ştrohal: Azərbaycan 2007-ci ildə yeni islahatlar həyata keçirməlidir


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Kristian Ştrohal Azərbaycanda insan hüquqları sahəsində pozuntularla mübarizədə tərəqqi əldə edildiyini bildirib. O deyib ki, Azərbaycan 2007-ci ildə yeni islahatlar həyata keçirməlidir. Bakıda səfərdə olan Kristian Ştrohal Azərbaycan rəsmiləri və insan hüquqları müdafiəçiləri ilə görüşlərdən sonra bunları bildirib. O, Azərbaycanda cəza müəssisələrində şəraitin yaxşılaşdırılmasına və polis zorakılıqlarının araşdırılmasına cağırıb. Kristian Ştrohal Azərbaycanın səlahiyyətli nümayəndələrini mətbuatın azadılığının təminat altına alınmasına çağırıb.

XS
SM
MD
LG