Accessibility links

Rus alimi ABŞ-a casusluq etməkdə günahlandırılır


Rusiyanın kəşfiyyat servisi birləşmiş Ştatlara raket texnologiyaları sirlərini verməkdə günahlandırılan alimin həbs olunduğunu bildirib.

İTAR-TASS agentliyi Oleq Korobeyniçevin casusluq ittihamı ilə həbs olunduğunu bildirib. O, Rusiya elmlər Akademiyasının Sibirdəki laboratoriyasına başçılıq edirdi.

Agentliyin direktoru bildirib ki, Korobeyniçev raket yanacağı ilə bağlıl yeni araşdırmalar barədə informasiyanı Birləşmiş Ştatların hərbi rəsmilərinə ötürüb. Onun sözlərinə görə, alim informasiya qarşılığında pul alıb.

Direktor məhkəmə prosesinin ictimaiyyət üçün qapalı keçiriləcəyini deyib. Rusiya uinsan hüquqları müdafiəçiləri digər ölkələrdən olan həmkarları ilə əlaqələr qurmaqdan başqa bir iş görməyən alimlərin casusluqda günahlandırılmasına dəfələrlə etirazını bildirib.

XS
SM
MD
LG