Accessibility links

Türkmənistanda təhlükəsizlik tədbirləri gücləndirilib


Türkmənistanın sabiq rəhbəri Saparmurad Niyazovun sabah keçiriləcək dəfn mərasiminə hazırlıq işləri getdiyi vaxt, ölkə rəsmiləri təhlükəsizlik tədbirlərini daha da gücləndirmişlər. Türkmənistan prezidentinin vəzifəsini müvəqqəti icra edən baş nazirin müavini Kurbanquli Berdımuhammedov deyib ki, ölkə sabiq prezidentin siyasətini davam etdirəcək.

Ürək xəstəliyi nəticəsində ölmüş Türkmənistanın 66 yaşlı rəhbəri varisini təyyin etməməsi, qaz ilə zənqin olan bu ölkədə hakimiyyət uğrunda mümkün olacaq mübarizə barədə narahatlığları artırır. Sabiq prezidentin dəfni sabah keçiriləcək.

Cənab Niyazovun ölümündən sonra ölkə prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Kurbanquli Berdımuhammedov dünən bildirib ki, sabiq prezidentin varisinin seçimi və keçid prosesinin müzakirəsi məqsədi ilə ölkə rəsmiləri gələn həftənin çərşənbə axşamı qeniş iclas keçirəcəklər.

Onun verdiyi məlumata görə, Xalq Məsləhəti seçkilər gününü və vəzifəyə namizədləri müəyyənləşdirməlidir. Xatırladaq ki, ölkə konstitusiyasına uyğun olaraq, müvəqqəti prezidentliyi parlamentin rəhbəri Ovezqəldi Atayev icra etməli idi. Lakin ona qarşı qaldırılmış cinayət işini əsas gıtirərək, rəsmilər buna imkan verməmişlər.

Vaşinqtonda Dövlət Departamentinin nümayəndəsi Şon Makkormak deyib ki, Birləşmiş Ştatlar Aşqabadın müvəqqəti höküməti ilə əməkdaşlıq edəcək. Birləşmiş Ştatların Türkmənistandakı səfiri öz bəyanatında bildirb ki, o, bu Mərkəzi Asiya dövlətində gələcək liderin sülh və konstitusiya yolu ilə seçiləcəyinə ümid edir.

Birləşmiş Ştatlar əhalisinin jurnalistlərə və dini azlıqlara qarşı aparılan repressiyalara görə əksəriyyəti müsəlman olan Türkmənistanı tənqid edirdi. Lakin Niyazovun hökuməti ABŞ-ın Əfqanıstanda apardığı müharibədə müttəfiq qismində çıxış edirdi.

XS
SM
MD
LG