Accessibility links

Italiya polisi zəhərlənmiş Rus casusu ilə görüşən şəxsi həbs edib


İtaliya polisi ötən ayın əvvəlində sabiq Rus casusu ilə Londonda sonuncunun zəhərləndiyi gündə görüşmüş İtaliyalı şəxsi bu gün həbs edib. Sabiq casus Aleksandr Litvinenko zəhərlənmədən 3 həftə sonra dünyasını dəyişdi. Rəsmilərin məlumatına görə Mario Skaramella bu gün Napolidə Londondan qayıtdıqdan sonra həbs edilib və dərhal radiasiya zəhərlənməsi ilə əlaqədar müayinədən keçib. İttihamçılar artıq bir müddətdir ki, Skaramella üzərində silah qaçaqmalçılığı ilə bağlı təhqiqat aparıdırdılar. Skaramella Litvinenko ilə Noyabrın 1-də Londonda suşi barda görüşüb. Ölüm yatağında ikən Litvinenko öz zəhərlənməsinə görə Kremli və birbaşa Rusiya prezidenti Vladimir Putini ittiham edib. Həm cənab Putin həm də Kreml bu ittihamı rədd ediblər.
XS
SM
MD
LG