Accessibility links

Səddam Hüseynin ölüm hökmü qüvvədədir


Apellyasiya Məhkəməsi İraqın keçmiş lideri Səddam Hüseynə 1982-ci ildə 148 şiə kəndlini qətlə yetirdiyinə görə verilmiş cəzasını qüvvədə saxlayıb.

Məhkəmənin sədri Arif Şahin bildirib ki, İraq qanunlarına görə, ölüm hökmü 30 gün ərzində yerinə yetirilməlidir.

Səddamın vəkili, əvvəllər Birləşmiş Ştatlarda vəkil işləmiş general Ramsi Klark qərarı tənqid edərək, məhkəmə iclasının ədalətsiz olduğunu bəyan edib.

Ötən ay İraq məhkəməsi Səddam Hüseynə qarşı hazırlanmış su-qəsd cəhdindən sonra Dücail şəhərciyində şiələrin qətlinə görə keçmiş İraq liderinə asılmaq vasitəsilə edam hökmü oxunmuşdu.

Apellyasiya məhkəməsi Səddam Hüseynin qardaşı Bərzan İbrahim Əl Tikriti və keçmiş hakim Əvad əl Bəndərə də Dücail qətliamına görə verilmiş ölüm hökmünü qüvvədə saxlayıb.

Məhkəmə keçmiş vitse president Taha Yassin Ramadanın ölüm hökmünü ömürlük cəza ilə dəyişməsi üçün aşağı instansiyaya müraciət edib.

XS
SM
MD
LG