Accessibility links

Ordu magistraturanı gözləmir


Ötən həftə Azərbaycan parlamentinin qəbul etdiyi “Hərbi xidmətə çağırışın əsasları haqqında qanuna əlavə və dəyişikliklər haqqında” qanun Azərbaycanda birmənalı qarşılanmayıb.

Yeni dəyişikliklərə əsasən, ali məktəbi qurtarmış və bakalavr dərəcəsi almış hər bir tələbə əvvəllər olduğu kimi bir il yarım deyil, bir il ərzində hərbi xidmətə çağırılacaq. Daha bir dəyişiklik isə ali təhsilin daha yüksək pillələrində təhsil üçün müraciət etmiş tələbələrə verilən möhləti ləğv edir. Magistratura və aspiranturada təhsil isə yalnız hərbi xidmətdən sonra mümkündür.

Ehtiyatda olan zabitlər İctimai Birliyinin üzvü, hərbi ekspert Üzeyir Cəfərov bu dəyişikliklərin əsassız olduğunu deyir.

Ekspert, yeni qanundan, əsasən, gənclərin narazı qaldığını deyir.

Cəmiyyətdə yeni qanuna münasibət doğrudan da birmənalı deyil. Bir sıra ekspertlər son zamanlar oğlanların elmə və ali təhsilə artan marağının onların hərbi xidmətdən yayınmaq arzusu ilə birbaşa bağlı olduğunu iddia edirlər. Azərbaycanda aspiranturaya qəbulun ildən-ilə artdığını statistika da göstərir. Məsələn, 2003-cü ildə aspiranturaya qəbul 398 nəfər idisə, 2004-cü ildə bu göstərici 470 nəfər olub. Statistika onu da göstərir ki, elmi dərəcəyə olan maraq biliklərə olan maraqla heç də həmişə üst-üstə düşmür. Belə ki, ölkədə olan kitabxanalara gedənlərin sayı ildən ilə azalır.

Üzeyir Cəfərov qanuna dəyişikliklərin elmdən hərbi xidmətdən yayınma vasitəsi kimi istifadə hallarının qarşısını almaq üçün heç də ən effektiv vasitə olmadığını düşünür.

Azərbaycan parlamentinin vitse-spikeri qanuna dəıyişiklikləri şərh edərkən onların NATO standartlarına uyğun gəldiyini və ordunun savadlı kadrlara ehtiyacı olduğunu deyib. Üzeyir Cəfərov Azərbaycanda ordu sıralarının genişlənməsi baxımından da ali təhsilini davam etdirmək istəyənlərin cəlb olunmasına ehtiyac görmür.

Cənab Cəfərov qanuna dəyişikliklərin heç bir halda ümummilli səfərbərliyə hazırlıq anlamına gəlmədiyini deyir.

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG