Accessibility links

İsrail Qəzza zolağına yenidən hücum etmək qərarını verib


İsrail bir aylıq atəşkəsin bərqərar edilməsi əsnasında Qəzza zolağından raket atəşi açan fələstinlilərə qarşı hücumları bərpa etmək qərarı verib.

Bugünkü bəyanatında baş nazir Ehud Olmertin ofisi müdafiə qüvvələrinin raket atan qurğulara qarşı nöqtə hücumları edəcəyini deyib.

Bəyanatda həmçinin İsrailin raket hücumlarının qarşısını almaq üçün Fələstin rəsmiləri ilə birgə addımlar atılacağı qeyd edilir.

Fələstinlilər isə İsrailin qərarının zorakılığın artmasına gətirib çıxaracağını deyib. Raket hücumlarının çoxunun arxasında duran İslami Cihad qrupu İsrailə qarşı müqavimət edəcəklərini diyib. Elə bu gün İsrailə səfər edən Misirin xarici işlər naziri iyunda girov götürülən İsrail əsgəri Gilad Şalitin sağ olduğunu deyib.

XS
SM
MD
LG