Accessibility links

Corc Buş: "Prezident Ford böyük amerikalı idi"


Prezident Buş mərhum president Fordu xalqının ən gözəl xüsusiyətlərini özündə cəmləşdirən böyük amerikalı adlandırıb.

Özünün Texasdakı Rançosundan president Buş cənab Fordun ətrafdakılarda hörmət hissi oyadan və rəğbət qazanan bir şəxsiyyət olduğunu deyib.

Cənab Buş president Fordun ölkənin xilasına yardımçı olduğunu və president institutuna etimadı bərpa etdiyini deyib.

XS
SM
MD
LG