Accessibility links

Azərbaycan Rusiyanın və Türkiyənin bəzi telekanallarının ölkədə yayımını dayandırır


Azərbaycan rəsmiləri Rusiyanın və Türkiyənin bəzi telekanallarının ölkədə yayımını dayandırılacağını bildiriblər. Ölkənin Milli Teleradio Yayımı Şurası bu gün Türkiyənin D kanalının yanvarın 3-ə kimi yayımının dayandırılması barədə qərar verib.

Türkiyənin Samanyolu, Rusiyanın Birinci və “Rusiya” telekanallarına isə gələn ilin iyuluna qədər möhlət verilir. Şura bildirib ki, əgər bu ölkələrin Azərbaycanlılar yaşayan bölgələrində Azərbaycan kanallarının yayımına icazə verilsə, qərar dəyişdirilə bilər.

Moskvada qərarla bağlı hökumətin mövqeyini bildirən Rusiya xarici işlər nazirliyinin sözçüsü Mixail Kaminin isə məsələnin Rusiya-Azərbaycan əməkdaşlığı ənənələri ruhunda çözüləcəyinə və tamaşaçıların öz sevimli proqramlarını bundan sonra da seyr etmək imkanına malik olacaqlarına ümid etdiyini bildirib.

XS
SM
MD
LG