Accessibility links

Türkmənistanda müxalifət qrupu prezidentliyə namizədinin itkin düşdüyünü bildirib


Türkmənistandakı müxalifət qrupu bildirir ki, gələn il keçiriləcək prezident seçkilərinə namizəd olan nümayəndəsi itkin düşüb. Ağzbirlik Xalq Demokratik Hərəkatının rəsmiləri deyirlər ki, qrupun rəhbəri Nurberdi Nurməmmədov Aşqabaddakı evini dekabr ayının 23-də tərk etdikdən sonra heç yerdə görülməyib.

Həmin gün o müxbirlərlə görüşü zamanı Türkmənistanda demokratiyanın galib gələcəyi barədə ümidi olduğunu bildirmişdi. Dünən Birləşmiş Ştatlar Türkmənistanı ölkənin sabiq avtoritar prezidenti Sparmurad Niyazovu əvəz etmək üçün, azad, ədalətli və açıq seçkilər keçirməyə çağırıb. Dövlət departamentinin nümayəndəsi deyib ki, Birləşmiş Ştatlar yeni prezidentin Türkmənistan xalqının arzularını təmsil və hüquqlarını müdafiə etməsini görmək istəyir.Türkmənistanın ali qanunverici orqanı olan Xalq Şurası seçkilərin keçirilməsini Fevral ayının 11-ə təyyin edib.

XS
SM
MD
LG