Accessibility links

Sabiq ABŞ prezidenti Gerald Ford üçün anım mərasimləri keçirilir


Bu gün sabiq ABŞ prezidenti Gerald Fordun şərəfinə 5 xatirə mərasiminin birincisi keçirilib. Ağır vaxtlarda Amerikaya rəhbərlik etmiş Respublikaçı lider 93 yaşında dünyasını dəyişib.

Cənab Fordun tabutu ailə və ictimaiyyət üçün sabiq prezidentin yaşadığı Kaliforniya ştatının Ranço Miraj qəsəbəsində bir kilsədə baxışa qoyulub. Şənbə günü Fordun cənazəsi Vaşinqtona uçurulacaq və eyni gündə rəsmi dövlət mərasimi keçiriləcək. Prezident Buş Çərşənbə Axşamını milli matəm günü elan edib. Həmin gün Vaşinqtondakı Milli Kafedralda cənab Ford üçün anım mərasimi olacaq. Ford doğma ştatı Mişiqanda, prezident kitabxanası ərazisində torpağa tapşırılacaq.

XS
SM
MD
LG