Accessibility links

İraqda intiharçı hücumu nəticəsində 9 adam ölüb


İraq polisinin bildirdiyinə görə Bağdadın şimalında yerləşən Xalis qəsəbəsində baş verən intiharçı hücumu nəticəsində 9 adam ölmüş, ən azı 10 nəfərsə yaralanmışdır.

Rəsmilər deyirlər ki, intiharçı belinə bağladığı bomba kəmərini Şiələrin Cümə namazı qıldığı məsciddə detonasiya edib. Başqa xəbərdə koalisiya qüvvələrinin iki ayrı reyd nəticəsində 6 terrorist öldürdükləri xəbər verilir. Terrorçulardan 4-ü Tər-Tər qəsəbəsində bomba düzəldərkən məhv edilib. Başqa iki terrorçu isə Bağdadda Əl Qaida qüvvələrinə qarşı təşkil edilən reyd zamanı öldürülüb. Rəsmilər reyd keçirilən yerdə çoxlu sayda silah sursat, o cümlədən avtomat aşkar ediblər.

XS
SM
MD
LG