Accessibility links

Vaşinqtondan baxış: İranda insan hüquqlarına dair BMT qətnaməsi


Vaşinqtondan baxış rublikasında Amerika Birləşmiş Ştatlarının siyasətinin şərhini diqqətinizə təqdim edirik:

BMT-nin Baş Məclisi İran rəsmilərini toplaşma, fikir və ifadə azadlığına, eləcə də insanların qanunla təsbit olunmuş məhkəmə hüquqlarına hörmət etməyə, işgəncələri və cəzaların digər vəhşi formaları ləğv etməyə çağırıb.

Kanada və digər 43 ölkə tərəfindən irəli sürülən qətnamədə İran hökumətinin insan hüquqlarının tapdalanması hallarına görə ciddi narahatlıq bildirilir. Qətnamə İran hökumətini din, etnik və dil əsasında ayrıseçkiliyin bütün növlərinə habelə ərəb, azərbaycanlı, bəhai, bəluc, kürd , xristian, yəhudi və xüsusilə sünni icmalarına aid olan insanların hüquqlarının pozulmasına qanunda və təcrübədə son qoymağa çağırır.

Birləşmiş Ştatlar Dövlət Departamentinin İranda insan hüquqlarının vəziyyətinə dair son hesabatında deyilir ki, “ölkəninqeyri-müsəlman dini azlıqlarına, xüsusilə bəhailər özlərinin dini etiqadlarına görə həbs, təqib və təhdidlərə məruz qalırlar. Azlıqdakı xalqlar da siyasi və iqtisadi ayrıseçkiliyə məruz qalırlar.

Faxtə Zamani Kanadada İran Azərbaycanlılarının hüquqlarını müdafiə edən qrupun direktorudur. Onun sözlərinə görə, bu gün İranda bütün azlıqlar, o cümlədən azərbaycanlılar, kürdlər, ərəblər, və başqaları öz mədəni müxtəlifliyini ifadə etmək və azad yaşamaq hüququndan məhrumdurlar. Xanım Zamaninin sözlərinə görə, “öz mədəniyyətinə hörmət tələb edənlər təhqir, həbs və təqiblərə məruz qalır".

Ağ Evin sözçüsü Toni Snou deyib ki, Birləşmiş Ştatlar İran hökumətinin bütün iranlıların insan hüquqlarına hörmət etməsini istəyir. “Biz əminik ki, İran xalqı da əfqan və iraq xalqları və dünyanın başqa xalqları kimi azad demokratiyaya malik olmağa layiqdir. O zaman onların hər biri, öz unikal istedadlarını kəşf edə, habelə təkcə demokratiyanın gətirdiyi sevinci deyil, özünü reallaşdırma imkanını da hiss edə bilərlər.”

Prezident Corc Buş deyir ki, İran fövqəladə tarixə və ənənələrə malik bir dövlətdir. BMT Baş Assambleyasında çıxış edərkən cənab Buş İran xalqına müraciət edərək deyib: “Sizin xoşbəxt gələcəyiniz üçün əsas maneə rəhbərlərinizin sizi azadlıqdan məhrum etmək yolunu seçməsidir.”

Bu, Vaşinqtondan baxış rublikasında Amerika Birləşmiş Ştatlarının siyasətinin şərhi idi

XS
SM
MD
LG