Accessibility links

Prezident Buş dünya müsəlmanlarını təbrik edib


Prezident Buş dünya müsəlmanlarını Eyd əl Ədha – qurban bayramı münasibətilə təbrik edib.

Cümə günü verdiyi bəyanatında cənab Buş İbrahim peyğəmbərin Allaha olan etimadını xatırlamaq və şükür etmək üçün gözəl imkan olduğunu deyib.

Cənab Buş deyib ki, müsəlmanlar bu günü dostları və ailələri ilə birgə, bayram və dualarla keçirir.

Prezident Amerikanın müsəlman vətəndaşlarının töhfələri sayəsində bu ölkənin gələcəyə ümidlərinin daha artıq olduğunu deyib.

XS
SM
MD
LG