Accessibility links

Rusiya və Belarus arasında təbii qaz ixracı barədə danışıqlar davam edir


Rusiya və Belarus nümayəndələri təbii qaz ixracının dayandrılmasının qarşısını almaq üçün son anlarda Moskvada danışıqlar aparırlar.

Belraus təmsilçilərinin rəhbəri baş nazir müavini Vladimir Semaşko bu gün danışıqlar məqsədilə Moskvaya gəlib. Rusiyanın dövlət monopoliyası olan Qazprom sabahadək qiymət artımına dair razılıq əldə edilmədiyi təqdirdə Belarusa qazın kəsiləcəyini bildirib.

Qazprom tələb edir ki, Belarus hər min kubmetr qaz üçün bazar qiymətlərinə uyğun olaraq 105 dollar ödəsin. Rusiyanın yaxın müttəfiqi kimi indiyədək Belarus eyni həcmdə qaza görə 46 dollar ödəyib.

XS
SM
MD
LG