Accessibility links

Zəvvarlar ənənəvi daşlama mərasiminin ikinci günündə iştirak ediblər


Səudiyyə Ərəbistanında Həcc ziyarətinə gəlmiş zəvvarlar ənənəvi daşlama mərasiminin ikinci günündə iştirak ediblər. İki milyondan çox zəvvar mərasimə dünən başlayıb.

Onlar camarət adlandan kiçik daşlarla simvolik olaraq İblisi daşqalaq edirlər. Bu mərasim Həcc ziryarətinin kulminasiya nöqtəsi, eyni zamanda təhlükəli məqamıdır. Belə ki, ötən ilin yanvarında Cəmarət körpüsündə baş verən basırıq zamanı 300-dən çox zəvvar ölmüşdü. Qeyd edək ki, dünənki mərasimdə ziyarətə gəlmiş İraq Şiələri sabiq diktator Səddam Hüseynin edamını şadlıqla qeyd ediblər.

XS
SM
MD
LG