Accessibility links

Amerikanın səsi radiosu 101.7 FM dalğasında


Bakıdakı dinləyicilərimiz Amerikanın Səsinin Azərbaycan xidmətinin verilişlərini artıq 101.7 FM tezliyində dinləyə bilərlər.

Hər gün Bakı vaxtilə saat 22.30-da yayımlanan ənənəvi radio proqramımızdan əlavə gündə iki dəfə - saat 19.00 və 21.00-də Amerikanın səsinin azərbaycanca xəbər bulletenlərini dinləyə bilərsiniz. 22.30-da yayımlanan proqramımız gecə yarısı saat 00.00-da təkrarən efirdə səsləndiriləcək.

24 saat xidmətinizdə olan 101.7 FM dalğasında həmçinin Amerikanın səsinin ingiliscə proqramlarını və Azadlıq radiosunun Azərbaycan xidmətinin verilişlərini dinləyə bilərsiniz.

Amerikanın səsi Azərbaycandan və dünyadan xəbərlərlə yanaşı, ingilis dilini öyrənənlər üçün “Sadə ingiliscə”, musiqi, Amerika həyatı kimi proqramlarla dinləyicilərin görüşünə gəlir.

Amerikanın səsi radiosunun qısa dalğalarda yayım tezlikləri dəyişməz olaraq qalır. Verilişlərimizi 30.8, 24.9 metr qısa dalğalarda 9750, 9800 və 12025 tezliklərdə dinləyə bilərsiniz.

XS
SM
MD
LG