Accessibility links

Səddam Hüseynin edamının videosu münaqişəyə səbəb olub


İraqın baş nazirinin birinci yardımçısı bildirib ki, hökumət Səddam Hüseynin edamının gizli şəkildə necə videoya alındığı və lentin necə yayıldığını müəyyənləşdirmək üçün araşdırma başlayıb.

Səddam Hüseynin asılmasını nümayiş etdirən videoyazı şənbə günü edamdan sonra İnternetlə və mobil telefon mesajları vasitəsilə yayılmışdı.

Videoda edamda iştirak edənlərdən birinin “Moqtəda” deyə Səddam Hüseynin opponenti və radikal şiə ruhanisinin adını qışqırdığı eşidilir.

Film bəzi tənqidçilərin Səddam Hüseynin edamını sünni ərəb liderinə qarşı sektant aksiyası kimi qiymətləndirməsinə səbəb olub.

İordaniyadan bu gün verilən xəbərə görə, Səddam Hüseynin böyük qızı Rəqad Əmmanda edama etiraz edən yüzlərlə nümayişçiyə qoşulub.

XS
SM
MD
LG