Accessibility links

Fələstində zorakılıq İordan Çayının Qərb Sahilinə yayılıb


Fələstində rəqib fraksiyaların Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində zorakılığa son qoymaq haqqında razılığa gəlməsindən bir neçə saat sonra zorakılıqların İordan Çayının Qərb Sahilinə yayıldığı barədə xəbərlər yayılmaqdadır. Həmas və Fətah qrupları arasında atışmalarda 2 nəfərin yaralandığı bildirilir.

Şəxsiyyəti müəyyən edilməmiş bir yaraqlı isə çərşənbə günü öldürülmüş Fətah tərəfdarlarının dəfn mərasiminə gələnlərə atəş açıb. Bu gün Həmasdan olan iki rəsmi şəxsə hücumlar olduğu bildirilir. Bu arada İsrail İordan Çayının Qərb Sahilindəkı Ramallah şəhərində reyd keçirib. Şahidlər reyd zamanı azı iki fələstinlinin öldürüldüyünü, iyirmi nəfərin yaralandığını bildirir.

Xəbərlərə əsasən, İsrail helikopterləri Ramallahın mərkəzindəki binalara atəş açıb. Fələstin rəsmiləri israillilərin fələstinin mötədil prezidenti Mahmud Abbasa yaxın Əl Əqsa şəhidlər Briqadasından yaraqlı həbs etmək istədiyini bildirir. Fətah rəsmisi Saib Ərəkat reydin bu gün Şarm əl Şeyxdə İsrailin baş naziri Ehud Olmertlə Misir prezidenti Hüsni Mübarək arasında başlanan danışıqları şübhə altına qoyduğunu bildirir.

Danışıqlarının Yaxın Şərqdə sülh prosesinin yeni raunduna təkan verəcəyi gözlənilir. Gündəlikdə olan məsələlərdən biri də iyun ayında girov götürülmüş əsgər Gilad Şalitin azad olunmasıdır. Fələstinlilər israilli əsgərin əvəzində fələstinli əsirlərin azad olunmasını tələb edirlər.

XS
SM
MD
LG