Accessibility links

Iraqın baş nazirindən edamla bağlı tənqidə sərt reaksiya


Iraqın baş naziri Nuri əl Maliki keçmiş lider Səddam Hüseynin edamı ilə bağlı tənqidlə çıxış edən bütün ölkələrlə əlaqələri yenidən nəzərdən keçirə biləcəyini deyib.

Cənab Maliki bu gün Bağdadda bildirib ki, Səddama ədalətli məhkəmə qurulmuşdu və onun asılması da İraqın daxili məsələsidir.

Edamın necə həyata keçirilməsi bir çox ölkənin tənqidinə məruz qalmışdı. Misir prezidenti Hüsnü Mübarək cümə günü bildirmişdi ki, Səddam Hüseynin müsəlmanların müqəddəs Qurban bayramında edam olunması onu şəhidə çevirib.

Xatırladaq ki, edamdan çəkilən qeyri-rəsmi video şahidlər sırasından bir neçə iraqlının Səddam Hüseynin asılmasından əvvəl ona hədyan etdiyini göstərirdi.

XS
SM
MD
LG