Accessibility links

Israil Iranı vurmaq planının olmadığını deyir


İsrail İranın uran zənginləşdirən obyektlərinə nüvə zərbəsi endirmək haqda planlarının olduğu barədə Britaniyada çıxan məlumatları təkzib edir. Xarici işlər naziri Mark Regev bu gün deyib ki, İsrail nüvə qarşıdurmasının diplomatik yolla həll olunmasına diqqət yetirir.

Bir az əvvəl Britaniyanın Sunday Times qəzeti xəbər vermişdi ki, İsrailin iki hərbi hava skvadronu İranın yerin dərin qatlarında yerləşən nüvə obyektlərinə konvensional və nüvə zərbələri endirməyi məşq edir. Bu hesabatın ardınca İranın xarici işlər nazirliyi İrana hücum edən hər hansı dövlətin buna dərhal peşman olacağını bildirib. Nazirliyin sözçüsü Məhəmməd Əli Hüseyni deyib ki, açıqlanan hesabat İsrailin qlobal sülhə başlıca təhlükə olduğunu göstərir.

XS
SM
MD
LG