Accessibility links

Avropa Komissiyası Rusiya və Belarusdan açıqlama tələb edir


Avropa Komissiyası Belarus ərazisindən keçən neft kəmərinin işinin dayandırılması ilə əlaqədar Rusiya və Belarustan detalların açıqlanmasını tələb edib. Avropa Birliyinin enerji üzrə komissarı Andris Piebalgs deyib ki, Drujba kəmərindən neftin verilməsinin dayandırılması birliyə üzv ölkələrdə hələlik neft çatışmamasına səbəb olmayıb.

Rusiya medyası isə bildirib ki, Belarusun həmin kəmərdən Avropaya göndərilməsi nəzərdə tutulan neftin bir hissəsini mənimsədiyinə görə Rusiya bu kəmərin işini dayandırıb. Xəbərlərdə deyilir ki, Belarus qərbə göndərilməsi nəzərə tutulan 79 000 ton nefti şənbə günündən indiyə gədər qanunsuz olaraq mənimsəyib.

Belarus neftin oğurlanması iddiaları ilə əlaqədar şərh verməyib.

XS
SM
MD
LG