Accessibility links

Sincanda 11 uyğur militant öldürülüb


Çin polisi bildirib ki, Sincanda seperatçı uyğurlar tərəfindən istifadə olunan bir düşərgədə bu gün 18 militant öldürülüb və 17 nəfər da həbs olunub. Çin polisinin bildirdiyinə görə, Pamir yaylasında, Pakistan, Əfqanıstan və Qırğızıstan sərhəddi yaxınlığındakı düşərgəyə Şərqi Türküstan İslam Hərəkatı adlı təşkilat nəzarət edirdi.

Çin rəsmiləri əməliyyat zamanı bir təhlükəsizlik işçisinin həlak olduğunu və digərinin də yaralandığını bildiriblər. Onların dediyinə görə, əməliyyat nəticəsində 22 əl qumbarası və əl qumbarası düzəltmək üçün materiallar tapılıb.

Çin Şərqi Türkistan İslam Hərəkatını terrorçu təşkilat adlandırır. Təşkilat müstəqil Uyğurustan uğrunda mübarizə aparır.

XS
SM
MD
LG