Accessibility links

Çin uyğurların yaşadığı bölgələrdə reydlər keçirir


Çin rəsmiləri polisin Sincan əyalətində onların terror yuvası adlandırdıqları yerdə reyd keçirdiyini bidlirib. Rəsmi Sinhua agentliyinin məlumatına görə, cümə günü reyd zamanı öldürülən 18 nəfər Şərqi Türküstan İslam Hərəkatının üzvləri olub.

Çin rəsmiləri həmin qrupun Əl Qaidə ilə əlaqəli olduqlarını iddia edir. Qrup Birləşmiş Ştatlar tərəfindən 2002-ci ildə terrorçu təşkilatlar siyahısına daxil edilib.

Çin rəsmilərini verdiyi xəbərə görə, ölkənin Pakistan və Əfqanıstanla sərhəddi yaxınlığında keçirilən reyd zamanı 17 nəfər həbs olunub və bir polis öldürülüb. İnsan hüquqları təşkilatları reyd zamanı həbs olunanların mütəşəkkil terrorçuluqla əlaqəsinə dair Çin rəsmilrəinin çox az dəlil təqdim etdiyini bildirir.

Onlar Pekin hökumətinin Sincanda yaşayan uyqur əhalini təqib etmək üçün terrordan bəhanə kimi istifadə etdiyini deyir. Uyğurlar Çində yaşayan türkdilli müsəlman əhalidir.

XS
SM
MD
LG