Accessibility links

Tehranda ekoloji faciə


Tehran merinin müavini İran paytaxtında hər il ətraf mühitin çirklənməsi ucbatından on min adamın öldüyünü bildirib. Şəhərin təmiz hava komitəsinin rəhbəri Məhəmməd Hadi Heydərzadə Tehranda yaşamağın kütləvi intihara bənzədiyini deyib.

Heydərzadə İran qəzetlərinə 2006-cı ilin martında bitən hicri təqvim ili ərzində paytaxtda ətraf mühitin çirklənmməsi ilə bağlı ölümlərin kəskin şəkildə artdığını deyib.

Təkcə 2006-cı ilin oktyabr-noyabr ayları ərzində isə 3600 adamın ekoloji fəlakətin qurbanı olduğu bildirilir. Çirklənmənin əsas səbəbi kimi maşınların ifraz etdiyi karbon monoksid göstərilir.

XS
SM
MD
LG