Accessibility links

Hindistan fəzaya raket göndərib


Hindistan gələcəkdə kosmosa insan missiyalarının göndərilməsinə hazırlıq olaraq, fəzaya peyk göndərib. Peyk texnologiyasını daşıyan ağ-qırmızı raket fəzaya Hindistanın Andra Pradeş ştatından bu səhər yola düşüb.

Hindistan Kosmik Tədqiqatlar təşkilatı bildirib ki, raketin tərkində kosmik mühərriklərin yerə döndüyü zaman atmosferə daxil olmasını test edən peyk kapsulu var. Bu testlər fəzaya insan göndərilməsi üçün böyük əhəmiyyət daşıyır.

XS
SM
MD
LG