Accessibility links

Human Rights Watch Azərbaycan hökumətinə məktub hazırlayır


Human Rights Watch təşkilatının Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üzrə məsləhətçisi Giorgi Qogiya “Amerikanın səsi”nə hesabat və ona hökumətin tənqidi reaksiyası barədə danışıb.

Təşkilatın Azərbaycanda əsas narahatlığına səbəb olan məsələ media azadlığıdır: “Human Rights Watch-u Azərbaycanda bir sıra məsələlər narahat edir. Bizim hesabatda əksini tapmış və bizim diqqətimizi cəmləşdirdiyimiz əsas məsələ media azadlığı və jurnalistlərə qarşı zorakılıq hallarının günahsız qalmasıdır”

O ki qaldı Azərbaycan President Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun hesabatın qərəzli olması barədə fikirlərinə, Giorgi Qogiyanı belə reaksiya təəccübləndirmir:

“İstər Human Rights Watch olsun, istər digər təşkilat, heç bir hökumət özünə qarşı yönəlmiş tənqiddən razı qalmır. Bizim araşdırma aparma metodologiyamız, məlumatların toplanması və hesabatın tərtib üsulları bütün dünya ölkələri üçün eynidir. Biz ilkin mənbədən aldığımız informasiyadan istifadə edirik. Birbaşa bölgənin özündə işləyirik. Biz dünyanın o başında oturub bu başındakı ölkələr barədə əsassız fikir yürütməklə məşğul deyilik. Biz informasiyanı zərərçəkənlərin özündən, insan hüquq müdafiəçilərindən, beynəlxalq təşkilatlardan və nəhayət hökumətdən alırıq. Biz uzun müddət ərzində bölgənin özündə araşdırma aparırıq. Hökumətin bizim hesabatımızdan narazı qalıb-qalmamasından asılı olmayaraq, deməliyəm ki, bizim topladığımız informasiya yoxlanılıb, sonra təkrar yoxlanılıb, sonra üçüncü dəfə yoxlanılıb. Biz il ərzində Azərbaycanda baş verənləri sənədləşdiririk”

Giorgiy Qogiya Human Rights Watch-un Azərbaycanda media azadlığının məhdudlaşdırılması məsələsinə dair rəsmi Bakıya məktub hazırladığını dedi.

XS
SM
MD
LG