Accessibility links

Yaponiya Şimali Atlantika alyansı ilə yaxınlaşır


Yaponiyanın baş naziri Şinzo Abe ölkənin NATO-nun sülh və təhlükəsizlik missiyalarına dəstəyini artırmasının vacibliyini vurğulayıb.

Yaponiya tarixində NATO qərargahını ziyarət edən ilk baş nazir olan cənab Abe bu bəyanatı Brüsseldə verib.

Cənab Abe bildirib ki, Yaponiya alyansla strateji partnyorluğu genişləndirmək və xüsusilə də Əfqanıstanda humanitar və yenidənqurma layihələrində yardım göstərmək niyyətindədir.

NATO-nun baş katibi Yap de Hop Şeffer Yaponiya ilə yeni münasibətlər güclü siyasi baza üzərində fövqəladə durum və enerji təhlükəsizliyi əməkdaşlığını ehtiva edəcək.

XS
SM
MD
LG