Accessibility links

Konqresdə İranla bağlı dinləmələrdə azlıqlar məsələsi danışılıb


Yanvarın 11-də ABŞ konqresinin xarici əlaqələr komitəsinin iclasında "İran: növbəti addımlar" mövzusunda dinləmələr keçirilib. Dinləmələrdə ABŞ dövlət katibinin keçmiş müavini Tomas Pikerinq və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Ceyms Vulsi İranla bağlı gələcək siyasəti necə gördükləri barədə danışıblar.

Dinləmələr zamanı İranda qeyri-fars millətlərinin hüquqları məsələsinə ciddi yer ayrılıb. Ceyms Vulsi ABŞ konqresinin maliyyələşdirdiyi Azadlıq radiosunun İranda yaşayan bütün millətlərin dilində yayıma başlamasının vacibliyini vurğulayıb. Çıxışçılar İranın nüvə proqramı ilə yanaşı insan hüquqları məsələsinin diqqətdə saxlanmasını Konqres üzvlərinə tövsiyə ediblər.

XS
SM
MD
LG